Bakıda kütləvi söküntü işləri dayandırıldı - Səbəb

14-11-2025, 12:24           
Bakıda kütləvi söküntü işləri dayandırıldı - Səbəb
Bakı şəhərində kütləvi söküntü işləri dayandırılır.

TEREF “Yeni Sabah”a istinadla xəbər verir ki, bu, 2026-cı ilin dövlət büdcəsindən paytaxtda söküntü və köçürülmə üçün vəsaitin ayrılmaması ilə bağlıdır.

Növbəti ildə şəhərdə büdcə pulu hesabına yalnız Mərkəzi Parkın dördüncü hissəsi üçün “Sovetski” adlanan ərazidə söküntülər və sakinlərə kompensasiyaların ödənilməsi nəzərdə tutulub.

Həmin işlər Nizami küçəsi ilə Mirzəağa Əliyev küçəsi arasındakı ərazini, Tolstoy, Süleyman Tağızadə küçələrini və Təzəpir məscidinin alt hissəsini əhatə edəcək.

Bundan başqa, 2026-cı ildə Bakının Sabunçu rayonu ərazisində iki ədəd ikimərtəbəli, Nizami rayonunda isə iki ədəd beşmərtəbəli binanın söküntsü planlaşdırılır. Orada yaşayan sakinlərə də kompensasiya ödəniləcək.

Bununla yanaşı, paytaxtda özəl şirkətlərin hansısa ərazidə söküntü aparmasına heç bir məhdudiyyət qoyulmayıb. Bunun üçün vacib şərtlərdən biri yeni layihələrin Bakının Baş planına uyğun olması ilə yanaşı sakinlərin razı salınmasıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru