Qobuda 11 nömrəli bağçada körpələr ac qalır… – Valideynlərdən ərzaq tələb olunur?

14-11-2025, 11:18           
Qobuda 11 nömrəli bağçada körpələr ac qalır… – Valideynlərdən ərzaq tələb olunur?
Qobu qəsəbəsində yerləşən 11 körpələr evi–uşaq bağçasının müdiri Nəcəfova Kəmalə Faiq qızı ilə bağlı valideynlər tərəfindən ciddi korrupsiya və laqeydlik iddiaları irəli sürülüb.

Mətbuata daxil olan məlumatlara görə, bağçaya dövlət tərəfindən ayrılan ərzaq məhsulları müntəzəm olaraq mənimsənilir. Şikayətçilərin bildirdiyinə görə, Kəmalə Nəcəfova adıçəkilən ərzaqları şəxsi avtomobilinə yığaraq satış məqsədilə Bakıda yerləşən bazarlara aparır.

Nəticədə, gündəlik uşaqların qidalanması üçün nəzərdə tutulan məhsullar azaldığından, bir çox hallarda körpələr ac qalır. Bəzi valideynlər isə övladlarının aclıq çəkməməsi üçün əlavə olaraq öz vəsaitləri hesabına ərzaq yardımı etməyə məcbur qalırlar.

Valideynlərin dediyinə görə, bu hal yeni deyil və uzun müddətdir davam edir. Aidiyyəti qurumların bu iddialara reaksiya verməməsi isə narazılığı daha da artırır. Qobu sakinləri və şikayətçi valideynlər Abşeron–Xızı Regional Təhsil İdarəsindən bağçada təcili yoxlamalar aparılmasını, ərzaq təchizatı və istifadəsinə dair hesabatların təqdim olunmasını tələb edirlər.

Qeyd edək ki, sözügedən iddialarla bağlı Kəmalə Nəcəfovanın və Abşeron–Xızı Regional Təhsil İdarəsinin də mövqeyini dərc etməyə hazırıq.Bakunews.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru