Yeni çəkilən avtobus zolağı yolda daha xaotik vəziyyət yaratdı - Sürücülərdən NARAZILIQ VİDEO

14-11-2025, 10:02           
Yeni çəkilən avtobus zolağı yolda daha xaotik vəziyyət yaratdı -
Bakı-Sumqayıt yolunda yeni çəkilən avtobus zolağı sürücülər arasında narazılıq yaradıb. Əvvəllər dörd zolaqla hərəkət edən avtomobillər indi üç zolaqla irəliləyirlər ki, bu da tıxacları daha da artırıb.

TEREF "Xəzər TV"yə istinadən xəbər verir ki, sürücülərin sözlərinə görə, əvvəllər 20 dəqiqəyə qət etdikləri məsafəni indi ikiqat vaxta gedirlər.

Onlar bildirirlər ki, həmin yolda daim tıxac olub. Lakin zolaq sayının azaldılmasından sonra vəziyyət daha da xaotik hal alıb.

Ekspertlər isə deyirlər ki, həmin istiqamətdə yaşayış məntəqələrinin çoxluğu nəqliyyat axınını artırır. Ekspertlər problemin həlli kimi vətəndaşların ictimai nəqliyyata üstünlük vermələrini görürlər.

Qeyd edək ki avtobuslar əvvəllər Moskva prospekti-Biləcəri enişi və dairəsi kimi tanınan ərazidən keçməklə Sumqayıt-Masazır-Xırdalan istiqamətində hərəkət edirdilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru