Gözəllik salonlarında lisenziyasız işləyən lazer epilyasiyası xidmətləri: Problem həllini tapmayıb

15-11-2025, 16:14           
Gözəllik salonlarında lisenziyasız işləyən lazer epilyasiyası xidmətləri: Problem həllini tapmayıb
Bir çox gözəllik salonlarında lazer epilyasiyası xidməti lisenziyasız həyata keçirilir.

Aparılan yoxlamalar bunu deməyə əsas verir.

TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin, Tibbi Nəzarət Şöbəsinin mütəxəssisi Xəyalə Əliyeva danışıb.

Onun sözlərinə görə, lazer epilyasiyası tibbi bilik tələb edən prosedurdur. Dərinin növü və vəziyyəti mütləq dermatoloq tərəfindən qiymətləndirilməlidir. Amma bu, bir çox gözəllik salonunda yoxdur. Yəni lazer epilyasiyası kor-koranə edilir.

Mütəxəssis deyir ki, yoxlamalar zamanı məlum olub ki, lazer epilyasiya xidməti göstərən kosmetoloji mərkəzlərin çoxunun lisenziyası yoxdur. Belə xidmətlərə görə aktlar tərtib edilir və mərkəzlərin sahibləri inzibati qaydada cərimələnirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru