Adnan Əhmədzadənin arvadının Londondakı şirkətləri

16-11-2025, 12:24           
Adnan Əhmədzadənin arvadının Londondakı şirkətləri
Xəbər verdiyimiz kimi, Adnan Əhmədzadənin həyat yoldaşı Gülsəfa Cəfərova bir müddət əvvəl Azərbaycanı tərk edərək Londona yerləşib.

TEREF Teleqraf-a istinadən xəbər verir ki, 33 yaşlı Gülsəfa Cəfərova daha öncə də uzun müddət Londonda yaşayıb və onun burada bir neçə şirkəti olub.

Bu şirkətlərdən biri də “Solidis London” LTD olub.

2023-cü ilin mayın 16-da ləğv olunan şirkətin ünvanı Oksford küçəsində yerləşib.

Gülsəfa Cəfərovaya məxsus daha bir şirkət isə AA PROPERTIES 2000 LTD olub. Adnan Əhmədzadə tərəfindən təsis olunan, hazırda isə reysterdən çıxarılaraq ləğv olunan şirkətin öncəki direktoru Nigar Kərimli olsa da, 7 iyul 2020-ci il tarixdə Gülsəfa Osman qızı Cəfərova bu vəzifəni ondan təhvil alıb.

Gülsəfa Cəfərova şirkəti reyestrdən çıxarmaq üçün 30 oktyabr 2023-cü ildə ərizə ilə müraciət edib.

Adnan Əhmədzadənin xanımının hazırda aktiv fəaliyyət göstərdiyi şirkəti isə MEDUSA 622 LTD-dir. Bu şirkətin tərkibinə Londonda fəaliyyət göstərən çox sayda lüks gözəllik salonları daxildir.

Maraqlıdır ki, şirkət Adnan Əhmədzadənin həbsindən sonra – yəni, sentyabrın 22-də gələcək fəaliyyətinin qanuni olduğunu bəyan edib.

Qeyd edək ki, Adnan Əhmədzadə Azərbaycan iqtisadiyyatına təxribatda ittiham olunaraq həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru