Məşhur maliyyə yazarının milyarddan çox borcu var

17-11-2025, 16:34           
Məşhur maliyyə yazarının milyarddan çox borcu var
Məşhur maliyyə savadlılığı kitabı “Zəngin ata, kasıb ata”nın müəllifi və sahibkar Robert Kiyosaki 1,2 milyard dollar borcu olduğunu etiraf edib.

TEREF xəbər verir ki, bu barədə o, “The Iced Coffee Hour” podkastında danışıb. Verilişin aparıcıları Qrem Stefan və Cek Selbi Kiyosakidən bu borcun onu narahat edib-etmədiyini soruşublar. Yazıçı isə belə cavab verib:

“Əgər banka 20 milyon borcunuz varsa, bu, sizin probleminizdir. Amma bir milyard borcunuz var və ödəyə bilmirsinizsə, artıq bu, bankın problemidir”.

Qeyd edək ki, Robert Kiyosaki “Zəngin ata, kasıb ata” kitabını Şeron Lextərlə birlikdə 1997-ci ildə yazıb. Kitabda böyük pul qazanmağı öyrənmək yolları izah olunur və varlı və kasıb insanların dünyagörüşü fərqləndirilir.

Əsər 51-dən çox dilə tərcümə olunub, 109-dan çox ölkədə satışa çıxarılıb və ümumi tirajı 32 milyon nüsxədən çox olub.

Axşam.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru