Mobil bazarda qanun pozuntusu: “Azercell” dileri “YANAN NÖMRƏ” bərpasını məcburi satışa çevirdi

5-12-2025, 07:34           
Mobil bazarda qanun pozuntusu: “Azercell” dileri “YANAN NÖMRƏ” bərpasını məcburi satışa çevirdi
Redaksiyamıza daxil olan şikayət “Azercell”-in rəsmi satış nöqtələrindən birində istehlakçı hüquqlarının pozulması barədədir.

Şikayətçinin sözlərinə görə, texniki səbəbdən aktivsizləşən (yanan) nömrəsini bərpa etmək üçün Azercell-in Siyəzən rayonundakı dilerinə müraciət edib. Lakin nömrənin yenidən aktivləşdirilməsi qarşılığında mağaza əməkdaşları qeyri-qanuni bir şərt irəli sürüblər.

Şikayətçi bildirir ki, nömrənin bərpası üçün məndən mütləq 15 manatlıq paket satınalması və ya balansı o məbləğdə artırmağım tələb edildi:

“Nömrəm sadəcə sıradan çıxmışdı. Mağaza isə dedi ki, minimum 15 manat ödəniş etməsəm, xidmət göstərilməyəcək. Bu, açıq-aşkar şəkildə məcburi satışdır və qanunsuz tələbdir.”


Qanunvericiliyə görə, mobil operatorların müştərilərə xidmət göstərərkən əlavə məhsul və ya xidmət satışını məcbur etməsi qadağandır. Tətbiq olunan bu praktika “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna ziddir.

Qeyd: Mövqe bitərəfliyi prinsipinə əsaslanaraq, “Azercell” şirkətinin və ya adı çəkilən diler məntəqəsinin bu iddialara qarşı mövqeyini dərc etməyə hazırıq./yenicag.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]