Dünyanın ən bahalı evi - Cəmi 5 nəfər yaşayır, 600 işçi çalışır, divarlarından qar yağır...

5-12-2025, 17:14           
Dünyanın ən bahalı evi -
Hindistanın Mumbay şəhərində yerləşən və Asiyanın ən zəngin iş adamı Mukeş Ambaniyə məxsus olan Antilia binası həm ölçüsü, həm də qeyri-adi lüks göstəriciləri ilə dünyanın diqqət mərkəzindədir. Belə ki, 27 mərtəbəli bu nəhəng iqamətgah 4,51 milyard dollar dəyəri ilə dünyanın ən bahalı evi statusunu daşıyır.

Babilin Asma Bağlarından ilhamlanaraq dizayn edilən Antilia, bir yaşayış yerindən çox, müstəqil bir şəhərciyi xatırladır. Tikilinin ümumi sahəsi təxminən 400 min kvadratmetrdir və 130 metr yüksəklikdə yerləşir. Hər nə qədər bir ailə üçün nəzərdə tutulsa da, ölçüləri və funksiyaları şəhər miqyasında imkanlar yaradır.

Antilia həm sosial şəbəkələrdə, həm də beynəlxalq media platformalarında tez-tez müzakirə edilir. Binanın içərisində:

- 50 nəfərlik kinoteatr;

- Spa və üzgüçülük hovuzu,

- Məbəd;

- Doqquz yüksək sürətli lift;

- 168 avtomobil üçün nəhəng qaraj;

- Üç helikopter meydançası yerləşir.

Antilianın ən qeyri-adi yerləşimlərindən biri qar otağıdır. Mumbayda temperatur tarix boyu 7,4°C-dən aşağı düşməsə də, bu xüsusi otaqda divarlardan süni qar yağdırılır. Binanın çoxsəviyyəli bağları Babilin Asma Bağlarından ilhamlanaraq formalaşdırılıb. Bu bağlar sayəsində Antilia öz daxilində kiçik ekosistem yaradır və tikilinin həm enerji, həm də hava sirkulyasiyası baxımından daha səmərəli işləməsinə imkan verir.

Antilianın gündəlik idarəetməsi və xidmətləri üçün 600 tam ştatlı işçi çalışır. Bütün sistemlər günün 24 saatı peşəkar şəkildə nəzarətdə saxlanılır.

Bu möhtəşəm iqamətgahda isə cəmi 5 nəfər yaşayır - Mukeş Ambani, həyat yoldaşı və üç övladı.

"AzPolitika.info"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]