Bakının bəzi yerlərində torpaq yarıbayarı bahalaşdı

5-12-2025, 15:24           
Bakının bəzi yerlərində torpaq yarıbayarı bahalaşdı
Torpaqların qiyməti bahalaşıb. Ötən ilin eyni dövrü ilə müqayisədə qiymətlərdə xeyli artım var.

TEREF Xəzər TV-yə istinadən bildirir ki, “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri Vüqar Orucun sözlərinə görə, zaman keçdikcə torpaq sahələrinin sayı azalır. Buna görə də qiymətlər bahalaşır. Hazırda bahalaşma Səbail rayonunda 41%, Yasamalda 38%, Nəsimidə isə 27% -dir. Səbail rayonunda bir sot torpağın orta qiyməti 425002 manat təşkil edir. Yasamalda bu rəqəm 209258, Nəsimi rayonunda isə orta qiymət 298 028 manatdır.

Əmlak eksperti Elnur Azadov da deyir ki, daşınmaz əmlak bazarında kəskin bahalaşma var. Torpaqların qiyməti sürətlə artır. Səbail, Nəsimi və Yasamal rayonları ilə yanaşı, hazırda digər rayonlarda da qiymət artımı müşahidə olunur.

O, deyir ki, Xətai rayonunda inşa olunan “Ağ Şəhər” layihəsi ilə bağlı bu ərazidə olan torpaqların qiyməti də son 1 il ərzində 50% artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]