"Cərimələr" prospekti: Sürücülər və piyadalar üçün çətinliklər yaradan yol

6-12-2025, 10:34           
"Cərimələr" prospekti:
“Necə olmalıdır?” rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfəki buraxılışda paytaxtın Şah İsmayıl Xətai prospektində yol hərəkətinin təşkilində mövcud olan problemlər diqqətə çatdırılıb.

Bildirilib ki, aylar əvvəl prospektdə asfalt örtüyü yenilənsə də, xətlənmə işlərinin aparılmaması səbəbindən hərəkətin təşkili xeyli çətinləşib. Bundan əlavə, parkinq nişanları mövcud olsa da, yerdə xətlərin olmaması sürücülərin avtomobilləri nizamsız şəkildə saxlamasına səbəb olur.

Hərəkətin intensiv olduğu prospektdə işıqforun qarşısında “stop” xətlərinin olmaması isə vəziyyəti daha da çətinləşdirir.

Qeyd olunub ki, prospektdə piyada keçidlərinə, iki əksistiqamətli yolu ayıracaq qoşa xəttə, “stop” xətlərinə və digər yol nişanlarına ehtiyac var.

Daha ətraflı Baku TV-nin videomaterialında:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]