Xankəndidə Günel Əlizadə qanunsuz işçi işlədib FOTO

6-12-2025, 12:59           
Xankəndidə Günel Əlizadə qanunsuz işçi işlədib FOTO
Xankəndidə əcnəbiləri qanunsuz əməyə cəlb edən şirkət cərimələnib.

XALQ xəbər verir ki, Xankəndi şəhərdə fəaliyyət göstərən “BUSINESS TEX MMC-12 Türkiyə vətəndaşını Azərbaycanda yaşayış icazəsi olmadan işlədib. MMC-nin icraçı direktoru Günel Əlizadə həmin işçilərin müxtəlif vəzifələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqlarını yazılı izahatında bildirib. Həmçinin əcnəbilərin hər biri də öz izahatlarında bu faktı təsdiq ediblər.

Miqrasiya Məcəlləsinin 63.4-cü maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hüquqi şəxslərin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin onlar üçün iş icazəsi almasından sonra Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər. Lakin qeyd olunan Türkiyə vətəndaşları üçün həmin icazə alınmayıb.

Buna görə də MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 578.2-ci (əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması 3 və daha çox şəxs üçün törədildikdə) maddəsi ilə protokol tərtib olunub.

Xankəndi Şəhər Məhkəməsinin qərarı ilə həmin şirkətə 30 min manat cərimə cəzası verilib.

Qeyd edək ki, Xankəndi “BUSINESS TEX ” tikiş fabrikinin direktoru Əfqan Müslümovdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]