İnsanların torpaq həsrətindən FAYDA UMANLAR - VİDEO

8-12-2025, 17:26           
İnsanların torpaq həsrətindən FAYDA UMANLAR - VİDEO
“Azad edilmiş ərazilərin balı “fantastik qiymətə” satılır”.

Bunu Yenicag.az-a açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib. media-bedreddin-hesretovO, Azərbaycanda arı ailələrinin sayında ciddi azalma qeydə alındığını bildirib:

“Ötən ilin yayından bu günə qədər arı ailələrinin sayında təxminən 40 faizlik azalma müşahidə olunur. Bu məsələ gələn il balın qiymətinə birbaşa təsir edə bilər. Lakin arı ailələrinin bərpasının qısa müddətdə mümkün olmasını da nəzərə almaq lazımdır.

Beş il əvvəl balın kiloqramı 20-25 manat idisə, hazırda 25-30 manat arasında dəyişir. Bundan yüksək rəqəmlər isə əsasən, mifləşdirilmiş qiymətlərdir. İşğaldan azad edilmiş ərazilərdə istehsal olunan balın qiymətini isə fantastik qiymətə qaldırıblar. Onların qiyməti insanların torpaq həsrəti ilə bağlıdır. Zaman-zaman o qiymətlər də stabilləşəcək”.

Ətraflı videomaterialda:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]