Tarixlər qat-qat çıxdı: Bu kolbasada etiket fırıldağı VİDEO

9-12-2025, 00:05           
Tarixlər qat-qat çıxdı: Bu kolbasada etiket fırıldağı  VİDEO
Bakıda bir vətəndaş “Nəfis Dad” markasına məxsus kolbasa alarkən gözlənilməz vəziyyətlə qarşılaşıb.

Tribuna.az xəbər verir ki, o, məhsulun üzərində üç müxtəlif tarix göstərilən etiketin yapışdırıldığını aşkar edib.

Vətəndaş tərəfindən çəkilən görüntülərdə eyni kolbasanın üzərində ardıcıl şəkildə müxtəlif tarixlərin qeyd olunduğu açıq görünür.

Hadisə sosial şəbəkələrdə yayılıb və istifadəçilər tərəfindən ciddi narazılıqla qarşılanıb. İnsanlar bunun məhsulun istehsal və son istifadə tarixlərinin “yenilənməsi” şübhəsi yaratdığını, istehlakçıların aldadılması ehtimalını artırdığını bildirirlər.

Məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, ərzaq mallarının ən mühüm göstəricisi onun buraxılma tarixi və son yararlılıq müddətdir. İstehsalçı şirkət ərzaq malının üzərinə buraxılma və son yararlanma müddətini elə vurur ki, o qoparılan olmur. Ciddi şirkətlər belə edir. Yəni, qoparılan kağız yapışdırmır.

E. Hüseynov qeyd edib ki, bu videomaterialdan görünür ki, bu dükanda vurulmuş bir kağızdır. Əgər bu malın buraxılma tarixini göstərirsə, başqa bir tarix yoxdursa, əlbəttə, bu, istehlakçıların hüquqlarının pozulması və aldadılması məsələsidir. Belə halda istehlakçılar qaynar xəttlə AQTA-nə məlumat verməlidirlər. Bu arzuolunmaz haldır. Mütləq istehsalçı şirkət öz mövqeyini bildirməlidir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]