"Tolik" Tural Abbaslını ona görə hədələdi: “Ağlını başına yığ, yoxsa…”

9-12-2025, 08:44           
"Tolik" Tural Abbaslını ona görə hədələdi:
“Space” kanalında yayımlanan “Tolikin Bir Günü” proqramında aparıcı Tarix Əliyev (“Tolik”) AĞ Partiya sədri Tural Abbaslını hədələyib.

Yenicag.az xəbər verir ki, proqramın qonağı olan Samirə Əfəndi onu təhqir edənlərsən narazılığını ifadə edib. Ona dəstəyini ifadə edən Tolik Ağ Partiya sədri Tural Abbaslıya üzünü tutaraq deyib:

“Tural Abbaslını çox da yaxşı tanımıram. Partiya sədridir nədir, sən kimsən ki, Samirəni təhqir edirsən? Partiya sədrisən, get işinlə məşğul ol, başına oyun açarlar sənin. Verərlər məhkəməyə, hüquqi cavab verə bilməzsən. Sən kimsən efirə çıxıb müğənnini təhqir edirsən? Ağlını başına yığ”.

Tural Abbaslının bu hədəyə necə reaksiya verəcəyi maraqlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]