Kələm sahələrdə qalıb - Fermerlər çarəsizdirlər VİDEO

9-12-2025, 16:15           
Kələm sahələrdə qalıb -
Məhsul bol, keyfiyyət yüksək, alıcı isə yox...

Xezerxeber.az-ın xəbərinə görə, Bərdədən olan fermerlər deyirlər ki, bu il kələm əkini onları xərcə salıb.

Bərdə rayonunda qış əkini zamanı ən çox becərilən sahələrdən biri də kələmdir. Bir neçə il öncəyə qədər qış əkinindən yüksək gəlir əldə edən fermerlər indi becərdikləri məhsulu nə sahədən yığa, nə də yığdıqları məhsulu sata bilirlər. Əldə edilən gəlir isə çəkilən xərcdən 3 dəfə azdır.

Xarab olmaması üçün sahələrdən toplanan məhsullar isə yük maşınlarına və qoşqulara yığılsa da, alıcısı yoxdur.

Fermerlər onu da iddia etdilər ki, məhsullarını nəinki paytaxta, heç qonşu rayonların bazarlarına da çıxarıla bilmirlər. Yalnız rayon bazarında satışı həyata keçirilir ki, orada da məhsul olduqca aşağı qiymətə satılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]