ƏMƏK MÜNASİBƏTLƏRİNDƏ PSİXOLJİ TƏZYİQ

9-12-2025, 11:42           
ƏMƏK MÜNASİBƏTLƏRİNDƏ PSİXOLJİ TƏZYİQ
İdarələrdə başda da bizim idarədə 60 yaşlı işçilərə psixoloji təzyiq göstərməklə onları işdən azad olmaq üçün guya "öz arzusu" ilə ərizə yazdırmağa məcbur etmək Azərbacan Respublikası qanunlarına ziddir və bu hal açıq şəkildə diskirminasiya yaratmaqla əmək hüquqlarının kobud şəkildə pozulması hesab olunur

Bu cür təzyiq və məcburiyyət araşdırdığım qədəriylə aşağıdakı qeyd edəcəyim qanunvericilik aktlarına ziddir.

1.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16 -ci maddəsinə əsasən bu cür təzyiq göstərmə və məcbur buraxma Əmək Münasibətlərində Ayrı -seçkilyə yol vermək hesab olunur.Yəni həmin maddəyə görə YAŞA görə ayrı -seçkilik qadağandır.60 yaşlı işçilərin bu şəkildə hədəfə alınması diskirminasiya hesab olunur

2.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 17 -ci maddəsinə əsasən bu hal mənəvi -psixoloji təztiq (mobbing) hesab olunur.Yəni işçiyə mənəvi -psixoloji təzyiq göstərilməsi onu könüllü adı altında ərizə yazmağa məcbur buraxmaq və adını da "təklif etmək" qoymaq mobbing hesab olunur.
Qeyd edim ki mobbing -iş yerində məqsədli şəkildə işçiyə psixoloji təzyiq göstərmə onu sıxıştırma və onda qəsdən stres yaratma məqsədi daşıyır.Bu hal iş mühütünü və işçini zəhərləyir və onun psixologiyasına büyük zərbə vurur.

3.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 -ci maddəsinə əsasən İşçinin iradəsindən kənar işdən azad olmağa məcbur etmək qadağandır.Yəni adını "Öz ərizəsi ilə " qoyub onu məcbur etmək birbaşa qanun pozuntusudur.

4.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 -ci maddəsinə əsasən (yəni Əmək müqaviləsinə xitam verilməsi ) işçi yalnız özü istəyərk könüllü şəkildə ərizə yazarsa bunun hüquqi əsası var.Psixoloji təzyiq və təhdid və qorxutma ilə yazılan ərizə hüquqi qüvvəyə malik deyil.

5.Azərbaycan Respublikası Konstittusiyasının 25 -ci maddəsinə əsasən hamının hüquq bərabərliyi vardır və ayrı -seçkiliyə yol verilməsi qadğan hesab olunur

Mən məsələni belə təhlil edə bildim
Zamiq Eliyev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]