“Melissa Group” sakinlərin həyatına təhlükə yaradır” - FOTO

10-12-2025, 00:05           
“Melissa Group” sakinlərin həyatına təhlükə yaradır” - FOTO
“Melissa Group” tikinti şirkətinin inşa etdiyi yaşayış kompleksi ilə bağlı redaksiyamıza şikayət daxil olub.

Oxu.Az-a kompleksdəki sakinlərin verdiyi məlumata görə, bütün binalarda və girişlərdə yanğın siqnalizasiya sistemi işlək deyil.

Qeyd olunur ki, G1, G3, F1, F2, H1 və H2 girişləri yoxlanılıb və sistemin işlək vəziyyətdə olmadığı üzə çıxıb.

İddia olunur ki, yanğın detektorlarının üzərini mavi plastik qapaqlarla örtüblər.

“Bu qapaqlar detektorun normal işləməsinə mane olur və quraşdırılması ümumiyyətlə qadağandır. Bundan əlavə, detektorların indikator işıqları yanmır, bu isə təkcə o cihazın yox, ümumiyyətlə bütün sistemin söndürülmüş olduğunu göstərir. Sistem bütün binada aktiv olmadığı üçün mənzillərə quraşdırılan detektorlar da işə düşmür. Kompleksin işçisi də sistemin qoşulu olmadığını etiraf edib. Bu, yüzlərlə insanın həyatını real təhlükə altına qoyur”, – deyə şikayətdə qeyd olunub.

Qeyd edək ki, məsələ ilə bağlı “Melissa Group” tikinti şirkətinə sorğu ünvanlanıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]