AAAF Park-ın sakinləri şikayətçidir: Liftlər işləmir VİDEO

10-12-2025, 11:18           
AAAF Park-ın sakinləri şikayətçidir:
Abşeron rayonu, Xırdalan şəhərndəki AAAF Park Yaşayış Kompleksinin çoxmərtəbəli yaşayış binasının liftləri uzun müddətdir işləmir.

Liftlərin ətrafı dağıdılıb, üstü açıq naqillər təhlükə saçır.

Bu binada yaşayan sakinlər bir aydan çoxdur ki, lift problemi ilə üz-üzə qalıblar. Kompleksin sakinləri bildirirlər ki, liftlərin işləməməsi səbəbindən yuxarı mərtəbələrə qalxıb-enmək böyük əziyyətə çevrilib.

Sakinlər deyirlər ki, işləməyən liftə görə xidmət haqqı da tələb olunur.

Məsələ ilə bağlı AAAF Park Yaşayış Kompleksinin əraziyə cavabdeh şəxsi şikayətlərin haqlı olduğunu təsdiqləyib.

Kompleksin əməkdaşı əlavə edib ki, yaranmış vəziyyət müvəqqətidir və problemin aradan qaldırılması istiqamətində aktiv iş gedir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]