Güzəştlər ləğv edilir, pensiya, müavinət isə… – Büdcədə nələr var?

10-12-2025, 16:27           
Güzəştlər ləğv edilir, pensiya, müavinət isə… –
2026-cı ilin dövlət büdcəsinin ən mühüm yeniliklərindən biri Dövlət Neft Fondundan edilən transfertlərin azaldılmasıdır. Bu addım hökumətin neft gəlirlərindən asılılığı tədricən minimuma endirmə siyasəti kimi qiymətləndirilir.

Bu sözləri açıqlamasında iqtisadçı Xalid Kərimli Milli Məclisdə 2026-cı il dövlət büdcəsinin üçüncü oxunuşda qəbul edilməsi haqda danışarkən deyib.

O bildirib ki, bir sıra mövcud vergi güzəştləri ləğv edilir, tütün və spirtli içkilərə aksizlərin artırılması nəzərdə tutulur:

“Bununla yanaşı, gəlir vergisinə tətbiq edilən güzəştlər də növbəti üç il ərzində tam şəkildə aradan qaldırılacaq. Bu dəyişikliklər vətəndaşların büdcənin formalaşmasında rolunu artıracaq və vergi yükü hiss ediləcək dərəcədə yüksələcək”.

İqtisadçı vurğulayıb ki, 2026-cı ildən etibarən “qeyri-formal məşğul şəxslərin” icbari tibbi sığorta haqları artıq dövlət büdcəsindən ödənməyəcək. Bu kateqoriyaya aid şəxslər tibbi sığorta ödənişlərini özləri qarşılamalı olacaqlar.

“Azərbaycanın pensiya qanunvericiliyinə əsasən, pensiyalar hər il orta aylıq maaşın artım tempinə uyğun indeksləşdirilir. 2026-cı ildə pensiyaların təxminən 9.2–9.3% artırılması gözlənilir. Sosial müdafiə sahəsində də dəyişikliklər var: yaşayış minimumunun yüksəlməsi fonunda ünvanlı sosial yardımın təxminən 5.3% (yəni 15 manat civarında) artırılması planlaşdırılır”, – o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]