Dövlət Aqrar İnkişaf Mərkəzində maliyyə pozuntusu

11-12-2025, 07:34           
Dövlət Aqrar İnkişaf Mərkəzində maliyyə pozuntusu
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) baş verən maliyyə pozuntuları ilə əlaqədar cinayət işi açılıb.

TEREF APA-ya istinadən xəbər verir ki, Baş Prokurorluqda fakt üzrə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bu, mərkəzdə subsidiyaların təyinatı üzrə istifadə olunmaması və mənimsəmə faktı ilə bağlıdır. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Məlumata görə, yoxlama aparılan müddətdə Hacıqabul DAİM-in müdiri Ariz Abuzərov tutduğu vəzifədən uzaqlaşdırılıb. Onunla bağlanmış müqaviləyə xitam verilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]