Sumqayıtda "Kənd təsərrüfatı məhsullarının satışı bazarında" acınacaqlı vəziyyət FOTO

11-12-2025, 07:54           
Sumqayıtda "Kənd təsərrüfatı məhsullarının satışı bazarında" acınacaqlı vəziyyət FOTO
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı regional bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 53-cü məhəllədə fəaliyyət göstərən “Fermerlər” MMC-yə məxsus “Kənd təsərrüfatı məhsullarının satışı bazarı”nda monitorinq aparılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulması faktları qeydə alınıb:

“Belə ki, bazarda satılan süd və süd məhsullarının, ət və ət məhsullarının vitrin soyuducularda saxlanılmadığı, satışa təqdim olunan ət hissələrinin asılması üçün nəzərdə tutulmuş qarmaqların paslanmayan materialdan təşkil edilmədiyi, bəzi tərəvəzçilik məhsullarının birbaşa döşəmə üzərində saxlandığı, satışda olan müxtəlif növ turşuların üzərində etiket məlumatlarının olmadığı aşkarlanıb.

Nöqsanların aradan qaldırılması məqsədilə bazar sahibinə müvafiq göstərişlər verilib”.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]