SOCAR Azəriqaz İB-dan bildirdilər ki: "“Azəriqaz” İB-də 2025-ci ilin oktyabr, noyabr və dekabr ayları üzrə..."
11-12-2025, 12:26
SOCAR Azəriqaz İB-dan bildirdilər ki: “Azəriqaz” İB-də 2025-ci ilin oktyabr, noyabr və dekabr ayları üzrə aparılan işçilərin yerdəyişməsi və yeni işə qəbulu proseslərində Bakı şəhəri, eləcə də region və rayonlarda yeni vəzifələrə təyin edilmiş işçi heyətinin 90%-dən çoxuna lazımi təlim və hazırlıq keçirilməmişdir. Təlimat keçilməsi formal şəkildə – sadəcə “gəl, qol çək” prinsipi ilə aparılmışdır. TEREF yazır ki, bunuNeftçilərin hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Gahramanli deyir. Daha sonra Mirvari Gahramanli deyir:
İşçilərə nə iş yerində görüləcək işin xüsusiyyətləri, nə də onların vəzifə öhdəlikləri izah edilmişdir. Bu cür hazırlıq və məlumatlandırmanın olmaması şəraitində əməkdaşın dərhal işə buraxılması yolverilməz hesab olunur. Belə hallar əməyin mühafizəsi tələblərinin pozulmasına, istehsalat risklərinin kəskin artmasına və nəticə etibarilə insan həyatını təhlükə altına qoymağa səbəb ola bilər. Qeyd: #SOCARTTSİ Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin işçilərin ixtisasartırma kurslarının təşkili, maarifləndirilməsi və sertifikatlaşdırılması proseslərində yubanmaların mövcud olduğunu təəssüf hissi ilə qeyd etmək lazımdır. TEREF