Naxçıvanda yeni açılan iş yerlərinin sayı sürətlə artır... Nazirlik belə əhali isə "nəinki yeni iş yerləri açılmır, olan-qalan iş yerləri də bağlanır." deyir,
12-12-2025, 00:08
Naxçıvanda yeni açılan iş yerlərinin sayı sürətlə artır. Yerli İqtisadiyyat Nazirliyi belə deyir. Məlumata görə, təkcə bu ilin 10 ayında 633 yeni iş yeri açılıb. Nazirliyin əməkdaşı Çinarə Balayevanın sözlərinə görə, açılan iş yerlərinin 40 faizi yeni yaradılan müəssisələrin üzərinə düşür. Onun dediyinə görə, növbəti ildə daha çox iş yerlərinin açılması gözlənilir. Yerli əhali isə bunun tam əksini deyir. Onların zaman-zaman mətbuata verdikləri açıqlamalara görə, nəinki yeni iş yerləri açılmır, olan-qalan iş yerləri də bağlanır.