“Stabil maaş + faiz” modeli qanunidirmi? - Hüquqşünas açıqladı

12-12-2025, 12:34           
“Stabil maaş + faiz” modeli qanunidirmi? -
Əmək bazarında son vaxtlar bəzi iş yerləri əmək müqaviləsində göstərilən sabit maaşa əlavə olaraq “faizlə ödəmə” təklif edir. Bu praktika işçilər arasında müzakirələrə səbəb olur, çünki belə ödənişlərin nə dərəcədə qanuni tənzimləndiyi bəzən aydın olmur. Şirkətlərin müxtəlif ödəmə modellərinə üstünlük verməsi isə mövzunu daha da aktuallaşdırır.

“Stabil maaş və əlavə faiz” şəklində əməkhaqqı verilməsi qanunidirmi?

Bu barədə hüquqşünas Nəriman Əliyev Patrul.az-a açıqlamasında bildirib ki, qanunvericiliyə görə əmək müqaviləsində əsas maaş göstərildiyi və əlavə faizlərin qaydası rəsmiləşdirildiyi halda bu cür əməkhaqqı tam qanunidir:

“Bəli, qanunidir, amma müəyyən şərtlərlə. Əmək Məcəlləsinə görə, əmək haqqı iki hissədən ibarət ola bilər:

Stabil (əsas) maaş – əmək müqaviləsində konkret rəqəm göstərilməlidir.

Əlavə faiz / bonus / mükafat – işin nəticələrindən, satışdan, planın yerinə yetirilməsindən asılı olaraq verilə bilər.

Bu, əmək qanunvericiliyinə tam uyğundur və bir çox sahələrdə (satış, bank, xidmət sektoru, daşınmaz əmlak və s.) standart praktikadır. Əsas maaşın məbləği əmək müqaviləsində açıq göstərilməlidir. Qanun tələb edir ki, əsas əmək haqqı müqavilədə dəqiq göstərilsin. Əlavə faizlər, bonusların hesablanma qaydası əmək müqaviləsinin əlavəsində və ya daxili qaydalarda əks oluna bilər”.

Hüquqşünasların sözlərinə görə, işçini yalnız faizlə işlətmək, ödənişləri rəsmi sənədlərdə göstərməmək və maaşın bir hissəsini gizlətmək əmək qanunvericiliyinə ziddir:

“Qanunsuz olan nədir?

İşçini yalnız “faizlə işləyəcəksən, maaş yoxdur” demək – bu, minimum əmək haqqı tələbinə ziddir.

Faizləri rəsmi sənədlərdə göstərməmək və “qeyri-rəsmi” ödəmək.

Maaşın bir hissəsini nağd, bir hissəsini əmək müqaviləsində gizlətmək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]