Ankara Liseyində valideynlərdən niyə pul yığılır?

14-12-2025, 00:06           
Ankara Liseyində valideynlərdən niyə pul yığılır?
Nərimanov rayonu, Təbriz küçəsində yerləşən Ankara Liseyində valideynlərdən pul yığılması ilə bağlı iddialar səsləndirilib.
TEREF məlumat verir ki, “Azərbaycan Reallığı”na liseydə təhsil alan, adlarının açıqlanmasını istəməyən bir neçə şagirdin valideynləri tərəfindən daxil olan məlumatda bildirilir ki, sözügedən vəsait məktəbdə çalışan müəllimlər tərəfindən yığılır.
Valideynlərin iddiasına görə, pul yığımı birbaşa lisey direktorunun adı ilə həyata keçirilir. Bildirilir ki, bu vəsaitin toplanmasına səbəb qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə keçiriləcək bayram şənliyi ilə əlaqələndirilir.
Məlumat verən valideynlər qeyd edirlər ki, pul yığımı könüllü kimi təqdim olunsa da, faktiki olaraq bu proses valideynlər və şagirdlər üzərində müəyyən narahatlıq və təzyiq yaradır.
Onlar hesab edirlər ki, dövlət təhsil müəssisəsində bu cür hallara yol verilməməli, bayram tədbirləri valideynlərdən əlavə maliyyə vəsaiti tələb edilmədən təşkil olunmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]