Xətai prospektində XAOS: Xətlənmə və nişanlama aparılmadı, piyadalar vuruldu VİDEO

14-12-2025, 12:14           
Xətai prospektində XAOS:
Əks yola çıxan avtomobil iki piyadanı vurub. Hadisə paytaxtın Xətai prospektində qeydə alınıb.

Xəzər TV xəbər verir ki, hadisə yol nişanlarının və xətlənmənin olmadığı ərazidə baş verib. Şahidlər bildirirlər ki, yenicə təmirdən çıxan bu ərazidə hərəkət xaotikdir və təhlükə hər an yarana bilər.

Xətai prospektində asfaltlanma işləri artıq yekunlaşıb. Köhnə asfalt qatı sökülüb, əvəzində yeni örtük vurulub və hazırda nəqliyyat vasitələri prospekt üzrə hərəkət edir.

Piyadalar bildirirlər ki, yolda texniki tamamlanma mərhələsi hələ icra olunmadığından onlar haradan keçəcəklərini bilmirlər. Üstəlik, ərazidə səkilər və parkinq zonalarında da müəyyən problemlər mövcuddur.

Xüsusilə bu yoldan mütəmadi istifadə edənlər problemin qısa zamanda həll edilməsini istəyirlər.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Xətai prospektində yol nişanlarının quraşdırılması, xətlənmə və hərəkətin təşkili Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) səlahiyyətinə aiddir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]