Dövlət Dəniz və Liman Ağentliyində işini bilən kadrlara böyük ehtiyac var!
14-12-2025, 15:55
Dövlət Dənizvə Liman Ağentliyinin diqqətinə: -Neftçilər dənizlə səfər edərkən gəmilərə sərnişin qismində daxil olurlar və buna görə onlardan hər hansı tibbi bir sənəd tələb etmək üçün heç bir əsasınız. yoxdur. Neftçilər ildə bir dəfə tibbi müayinədən keçir və müvafiq arayış iş yerinə təqdim edilir. TEREF yazır ki, bunu Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Gahramanli yazır. Mirvari xanm daha sonra yazır: SOCAR Azneft İB diqqətinə: Düşünürəm ki,SOCAR Azneft İB müvafiq şöbələri tərəfindən müntəzəm olaraq Ağentlik tərəfindən ayrılan gəmilərdə işə gedən neftçilər üçün yaradılmış şərait,təhlükəsizlik, müvafiq təminatlar ,o cümlədən gəminin işçi heyətinin tibbi arayışlarının olub olmamasının da yoxlanılması təmin olunmalıdır.Mütləq. Sonda; Bildiyim qədər Dövlət Dəniz və Liman Ağentliyində kadr dəyişiklikləri olub. Düşünürəm ki, sahə üzrə məsul şəxslərin bilik və bacarıqlarının yoxlanılmasına ciddi ehtiyac duyulur?! SOCAR bu sahədə böyük təcrübəyə malikdir. TEREF