Yığımlarda 2 dəfədən çox artım, ödənişlərdə isə 60% azalma

15-12-2025, 12:24           
Yığımlarda 2 dəfədən çox artım, ödənişlərdə isə 60% azalma
Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə həm yığımlarda, həm də ödənişlərdə azalma olub.

Valyuta.az xəbər verir ki, bu sığorta növü üzrə cari ilin ilk 10 ayında 3 milyon 909 min manat dəyərində sığorta haqları toplanıb.

Toplanan sığorta haqlarında illik müqayisədə 2 milyon 172 min manat və ya 2,25 dəfə artım olub.

Belə ki, ötən ilin eyni dövründə sözügedən sığorta növü üzrə sığorta yığımları 1 milyon 737 min manat təşkil edib.

Eyni zamanda ödənişlərdə də ötən ilin eyni dövrü ilə müqayisədə 626 min manat və ya 59,33% azalma olub.

Belə ki, cari ilin ilk 10 ayında kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 429 min manat sığorta ödənişi həyata keçirilib.

Ötən ilin eyni dövründə isə bu sığorta növü üzrə ödənişlər 1 milyo 55 min manat olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]