SİYƏZƏNNFET də QUYU deyil SİYƏZƏNNFET ə QUYU qazırlar

15-12-2025, 12:32           
SİYƏZƏNNFET də QUYU deyil  SİYƏZƏNNFET ə QUYU qazırlar
Azərbaycan Respublikası Konstittusiyasının 35 -ci maddəsinin 1 -ci bəndinə əsasən Əmək fərdi və ictimai rifahın əsası hesab edilir.
Bir əsrə yaxın yaşı olan “Siyəzənnfet NQÇİ” -nin hazırkı vəziyyətinə nəzərə salanda eyni zamanda da indiki vəziyyətinin krtik olduğuna baxanda bu maddədə əks olunan rifahın əksini görməyə başlayırsan.Son illər ərzində müəssisədə idarəetmə səviyyəsinin yerlərdə sürünməsi,rəhbərlik edənlərin (Baş adlananların) yarıtmaz fəaliyyəti və məsuliyyətdən xəbərsiz olmaları səbəbindən istehsal göstəriciləri kəskin şəkildə pisləşməyə doğru gedir və bunu da nə işçi heyyəti nə də BAŞ adlananlar heç veclərinə də almırlar.
Müəssiəsnin hasilatı davamlı şəkildə hətta aybəay aşağı yuvarlanmaqdadır.Bunun ən ümdə səbəbi idarəyə işi bilən, iş üçün canı yanan, müstəqil qərar verə bilən, vicdan qanunu prinsip edən yaxşı mütəxəssislərin təyin edilməməsidir.İdarədə köhnədən qalma bəzi mütəxissislər də ya təqaüdə çıxıb ya kiriməyi əsas alıb (çünkü işlədiyini işləyib gerisi səhənnəm olsun) ya da səsini çıxarmağa çalışanın fikrini təklifini saya salan nəzərə alan yoxdur.Yəni belə desək idarə qan itirir başda olanlar da bunu seyr edir və idarənin birdəfəlik komaya düşməsini səbirsizliklə gözləyirlər.
Hazırkı səriştəsizliyin nəticəsi olaraq hasilat aşağı düşdükcə dövlətə ödənilən gəlirlər də azalır ki bu birbaşa dövlətə qarşı təxribatdır eyni zamanda bu hal həm işçilərin həm də ümumilikdə Siyəzən rayon sakinlərinin sosial rifahına ciddi zərbə vurur ki bu da özülüyndə yenə təxribatdır.
Onun üçün təxribatdır ki cənab prezident İlham Əliyev ölkədə neft sənayesnin inkişafına,neft sektorunun gecləndirilməsinə böyük diqqət və qayğı göstərməkdədir.Lakin Siyəzənnfet NQÇİ nin başbilənləri bu siyəsətə uyğun fəaliyyət göstərmir və müəssisəni tənəzzülə doğu sürətlə və qətiyyətlə aparmağa davam edirlər.Sanki əsas vəifə borcları budur.
Bu qeyripeşəkarlıqdır,biganəlikdir,idarəetmə boşluğudur,dövlət büdcəsinə daxil olan gəlirlərin bilərək azalmasına hesablanmış addımdır,idarənin sahələrinin inkişaf perespektivlərinin təhlükə altına salınması və sahələrin bağlanmasına şərait yaratmaqdır və nəticədə ölkənin enerji sektoruna ciddi zərbə vurmaqdır.
Sonda onu deyə bilərm ki idarənin mövcud vəziyyəti obyektiv araşdırlılmalıdır,rəhbərliyin fəaliyyəti və səriştə səviyyəsinə hüquqi qiymət verilməli,hasilatın bərpası sahələrin qorunub saxlanılması üçün zəruri tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir.
Zamiq Eliyev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]