“Bu hallar qəbuledilməzdir” – TƏBİB-dən tibb müəssisələrinə xəbərdarlıq

16-12-2025, 00:03           
“Bu hallar qəbuledilməzdir” – TƏBİB-dən tibb müəssisələrinə xəbərdarlıq
Müəyyən tibb müəssisələrində əlavə ödənişlərin tələb olunması, tibbi sərf materiallarının vətəndaşlara aldırılması, eləcə də imtiyazlı xəstələrin dərmanla təminatının qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməməsi yolverilməz hesab edilir.

TEREF xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun rəhbərliyi ilə “İlin yekunları və növbəti il üçün qarşıya qoyulan hədəflər” mövzusunda keçirilən müşavirədə bildirilib.

Toplantıda tibb müəssisələrində tibbi xidmətin təşkili zamanı üzə çıxan problemlər, idarəetmə və maliyyə mexanizmlərində mövcud çatışmazlıqlar, həmçinin müşahidə olunan neqativ hallarla bağlı ciddi xəbərdarlıqlar səsləndirilib. Eyni zamanda aparılan yoxlamalar nəticəsində bəzi tibb müəssisələrində sterilizasiya qaydalarına, infeksiyaya nəzarət mexanizmlərinə və keyfiyyət standartlarının tələblərinə tam riayət olunmaması faktlarının aşkarlandığı qeyd edilib.

Vüqar Qurbanov məsul şəxslərə nəzarət mexanizmlərinin gücləndirilməsi və müəyyən edilən nöqsanların qısa müddətdə aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verib.//globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]