Ekol Mühəndislik Xidmətləri QSC Azərbaycan Respublikası məhkəmələrinin qərarlarını saymır - ŞİKAYƏT

15-12-2025, 21:00           
Ekol Mühəndislik Xidmətləri QSC Azərbaycan Respublikası məhkəmələrinin qərarlarını saymır - ŞİKAYƏT
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR - 51%) ,və Panamanın “Lancer Services S.A.” şirkəti (49%) , Azərbaycan Respublikası məhkəmələrinin qərarlarına hörmətlə yanaşın.
Gənc alim Nazim Məmmədov yazır;
Mən 18 ilə yaxın Azərbaycanın neft-qaz sənayesində gənc bir alim kimi zəhmətlə vicdanla çalışmışam. 15 il SOCAR da, 3 il isə SOCAR ın nəzarəti və himayəsi altında fəaliyyət göstərən EKOL Mühəndis Xidmətləri QSC-"də çalışmışam. Öz işimin peşakarı olmuşam. Həmçinin döyüş bölgəsinin zabiti olmuşam, ehtiyatda olan baş letinantam. 3 az yaşlı qız övlad atasıyam. 15 yaşlı böyük qızım ciddi ürək qüsurundan əziyyət çəkir, əlildir. Təssüf ki, nə işgüzar fəaliyyətim nədə ki, ağır sosial durumum nəzərə alınmadan məni 06 yanvar 2025 ci il tarixindən tutduğum vəzifədən azad etdilər. Bu haqsızlıqlarla görə mən məhkəmə müraciət etdim. 24 iyun 2025 ci il tarixində Bakı şəhəri Nizami rayon məhkəməsi, 18 noyabr 2025 ci il tarixində Bakı Apelyasiya Məhkəməsi mənim xeyrimə qətnamə çıxarmışdır. Yəni işə bərpa olunmaq barədə. Lakin SOCAR və Panama şirkətinin birgə təsis etdikləri Ekol Mühəndislik Xidmətləri QSC məhkəmə qərarları icra etmir. Artıq bir neçə aydlr ki, az yaşlı övladlarımı dolandıra bilmirəm, onların çörəyini kəsiblər. Xəstə övladımın müalicəsini apara bilmirəm, banklara olan kreditləri ödəyə bilmirəm. Bu Azərbaycan aliminə qarşı böyük bir faciədir !
Bir neçə dəfə SOCAR ın prezidenti olan Rövşən Nəcəfə müraciət edib, məni qəbul etməsini istəmişəm . Amma təssüflər olsun ki, müraciətimə baxan olmadı.
Qeyd:, “Ekol Mühəndislik Xidmətləri” 2006-cı ilin mart ayında Dövlət Neft Şirkətinin (SOCAR - 51%) və Panamanın “Lancer Services S.A.” şirkətinin (49%) birgə iştirakı ilə təsis edilib.
Panama şirkətinin sahibi "Union Grand Energy" şirkətidir. ...
Ekol Mühəndislik Xidmətlərinin nizamnamə kapitalı 4,072 milyon manatdır. Müəssisənin fəaliyyətinin əsas məqsədi respublika hüdudlarından kənarda və respublika daxilində müasir texnologiyalardan istifadə edilməklə ətraf mühitin mühafizəsi istiqamətində: sənaye çirkab, məişət-fekal və tullantı sularının təmizlənməsi, neft şlamın zərərsizləşdirilməsi, neftlə çirklənmiş torpaqların rekultivasiyası və reabilitasiyasının həyata keçirilməsi,və s. kimi ekoloji yönümlü xidmətlərin
Mirvari Gahramanli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]