Azərbaycanın ən çox investisiya yatırdığı ölkə məlum oldu

16-12-2025, 11:44           
Azərbaycanın ən çox investisiya yatırdığı ölkə məlum oldu
2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyalar 4 milyard 736 milyon dollardan artıq olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 213 milyon 485 min dollar və ya 4.7% çoxdur.

Moderator.az Mərkəzi Banka istinadən xəbər verir ki, hesabat dövrü ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2 milyard 39 milyon dollar olub ki, bu da 2024-cü ilin ilk 9 ayındakı göstərici ilə müqayisədə 658 milyon 90 min dollar və ya 47.7% yüksəkdir.

Ölkəmizə ən çox xarici investisiyanı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı yatırıb: 1 milyard 243 milyon 118 min dollar.

Azərbaycanın xaricə qoyduğu birbaşa investisiyaların həcmində İsrail birincidir. Belə ki, bu ilin 9 ayında İsrail iqtisadiyyatına 542 milyon 661 min dollar yatırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]