Bakının mərkəzində sakinləri təngə gətirən problem: "Günün istənilən saatında siçanlara rast gəlmək mümkündür" VİDEO

16-12-2025, 16:18           
Bakının mərkəzində sakinləri təngə gətirən problem:
Bakının Nərimanov rayonu, Təbriz küçəsi, 94 ünvanında yaşayan sakinlər bildirirlər ki, bu ərazini siçanlar basıb.

Günün istənilən saatında burada siçanlara rast gəlmək mümkündür. Sakinlər bunun səbəbi olaraq ərazinin zibilliyə çevrilməsini göstərirlər.

Onlar qeyd edirlər ki, dəfələrlə bu ərazilərin təmizlənməsinə baxmayaraq, siçanların qarşısını almaq mümkün olmayıb.

Sakinlərin sözlərinə görə, burada kütləvi şəkildə toplaşan siçanlar hətta onların avtomobillərinə də ziyan vurublar. "Siçanlar maşının üstünə çıxır, altına girir, burada yerimək olmur", - sakinlərdən biri deyib.

Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib ki, ərazidə mütəmadi olaraq dərmanlama işləri aparılıb. Artıq bir neçə gün əvvəl də dezinfeksiya işlərinə başlanılıb və bu işlər Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən davamlı həyata keçiriləcək.

Daha ətraflı Baku TV-nin videomaterialında:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]