Zorakılığa məruz qalanların statistikası açıqlandı

16-12-2025, 15:16           
Zorakılığa məruz qalanların statistikası açıqlandı
2024-cü ilin 11 ayı ərzində zorakılığa məruz qalanlar arasında qadınlar üstünlük təşkil edib. Bu dövrdə 478 qadın, 384 uşaq və 42 kişi zorakılıq halları üzrə qeydiyyata alınıb.

TEREF xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova

məişət zorakılığının qarşısının alınması sahəsində Monitorinq və Əlaqələndirmə Qrupunun fəaliyyətinə həsr olunmuş brifinqdə bildirib.

O deyib ki, 2025-ci ilin 11 ayını əhatə edən statistik göstəricilər əvvəlki dövrlə müqayisədə artım olduğunu göstərir. Məlumata görə, qeyd olunan müddətdə 493 qadın, 466 uşaq və 74 kişi zorakılığa məruz qalan şəxslər kimi qeydə alınıb./Azertag/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]