“RR avto ehtiyat hissələri” ustanı belə aldadıb

16-12-2025, 16:47           
“RR avto ehtiyat hissələri” ustanı belə aldadıb
Sosial şəbəkədə onlayn avto-ehtiyat hisəsi satışı adı ilə servis rəhbərini aldadıblar.

Bu barədə zərərçəkmiş avtoservis ustaTural Rəhmanlı ”Xəzər Xəbər”ə danışıb.

XALQ-ın məlumatına görə, Tural Rəhmanlı iddia ki, təmir etdikləri “Chevrolet” markalı avtomobil üçün ehtiyat hissəsinə ehtiyac yaranıb.

Sosial şəbəkədə “RR avto ehtiyat hissələri” adı ilə fəaliyyət göstərən səhifədəki nömrə ilə əlaqə saxlayıb.

Lakin ödəniş edildikdən sonra özünü Pərviz kimi təqdim edən şəxs zərərçəkənin telefonunu bloklayıb və əlaqəni tam kəsib.

Dəfələrlə sosial şəbəkə hesablarında olan nömrələrə zəng vurub danışmaq istəsək də, telefonlar sönülü olduğundan alınmadı. Zərərçəkmiş məsələ ilə bağlı polisə də məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli ”Xəzər Xəbər”ə bildirdi ki, vətəndaşın sosial şəbəkə üzərindən avtomobil ehtiyat hissəsi sifariş etməsi və ödəniş olunmasına baxmayaraq məhsulu əldə edə bilməməsi ilə bağlı polisə müraciət daxil olub. Müraciət əsasında ərazi üzrə polis orqanında araşdırma aparılır. Nəticədən aslı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]