Nəsimi rayonunda yollar bu vəziyyətdədir-Video

16-12-2025, 16:32           
Nəsimi rayonunda yollar bu vəziyyətdədir-Video
Paytaxtın Nəsimi rayonunda, 2 küçənin kəsişməsində çuxurlar əmələ gəlib.

XALQ-ın məlumatına görə, sözügedən yer paytaxtın Nəsimi rayonu, Möhsün Sənani və Novruzov qardaşları küçələrinin kəsişməsidir.

Sürücülər çuxurlar səbəbindən avtomobillərinə ciddi ziyan dəydiklərini bildirirlər.

Ətrafda yaşayan sakinlər də yolun nasaz olması səbəbindən çətinlik çəkdiklərini dilə gətirdilər.

Nəsimi rayon İcra Hakimiyyətindən bildirildi ki, mərkəzi küçə və prospektlərə yeni asfalt çəkiləcək. Həmin işlər başlandıqda sözügedən ünvanda da asfalt örtüyünün təmiri nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]