SOCAR rəhbərliyi və onun Müşahidə Şurası.Siz də oxuyun...

16-12-2025, 16:36           
SOCAR rəhbərliyi və onun Müşahidə Şurası.Siz də oxuyun...
[b]Mirvari Gahramanli
3 ч.
·
Düppədüz☝
SOCAR rəhbərliyi və onun Müşahidə Şurası.Siz də oxuyun. Əla təklifdir. Natiq Cəfərli Eşq!!!!
TEREF yazır ki, bunu Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Gahramanli deyir. Daha sonra Mirvari xanım Natiq Cəfərlinin postunu əlavə edərək yazır:

Natig Jafarli
Məmləkətdə ən bəyəndiyim nazir, Emin Əmrullayev deyib ki, sitat: “Şagird yaxşı öyrənmirsə, müəllimə niyə maaş verməliyik?”
Əsl fəlsəfi təməldir, bəyəndim, hətta təklif edirəm ki, bu prinsip bütün dövlət-hökumət məmurlarına şamil olunsun, məsələn, ÜDM lazımı templə artmırsa, inflyasiya azalmırsa, insanların rifahı yüksəlmirsə, iqtisadiyyatla məşğul olan hüquqşünas nazirlər niyə maaş alırlar, nədən xidməti maşınları var, nə səbəbə onların sürücü və katibəsi olmalıdır?
Əgər məhkəmə hakimi ədalətli qərar vermirsə, hakimin verdiyi qərar Avropa İnsan Hüquqları Məhkəməsində yanlış və ədalətsiz çıxırırsa, onlar niyə maaş alırlar?!
Dünən çəkilən asfalt bu gün dağılırsa, infrastrukturla məşğul olan nazirlik və idarə rəhbərləri niyə yaxşı evlərdə yaşamalı, maaş-bonus almalıdırlar?!
Baş nazirin işi ancaq toyda-yasda iştirak etməkdirsə (yəni, xaricdə rəhbər şəxs ölür, yasına gedir, və ya, xarici ölkədə dövlət bayramı olur, ora göndərirlər), niyə onun bir neçə müavini, yaxşı maaşı olmalıdır ki?!
AMEA-da ən böyük "uğur", nə ciddi "kəşf" nərd oynayarkən stəkanla belə şeş-qoşa atan "alimlərimizin" olmasıdırsa, niyə AMEA var, nədən maaş alırlar, niyə ləğv edilmir?!
Siyahını uzada da bilərəm, amma, Emin müəllimin təklif etdiyi təməl prinsiplə razıyam, bütün ölkədə, bütün nazirlik və dövlət idarələrində mütləq tədbiq edilməlidir, yəni, nəticəyə görə maaş-bonus, qazanc siseminə keçməliyik.
Belə bir sistemə keçsək, məmləkətdə son nəticəyə görə mükafatlandırma olsa, məmurların bir çoxu acından oboy yeyər...
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]