Qobudakı “Yurd bazar”da yurddan əsər-əlamət yoxdur - Bu ətlər birbaşa xəstəlikdir

4-01-2026, 11:28           
Qobudakı “Yurd bazar”da yurddan əsər-əlamət yoxdur -
Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən və “Yurd bazar” adı ilə fəaliyyət göstərən ət satışı məkanında ciddi antisanitariya halları müşahidə olunur.

Bizimesr.az bildirir ki, bu məkanda heyvanların kəsimi gündəlik olaraq sanitar-gigiyenik normalara zidd şəkildə həyata keçirilir. Hansı ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mütəmadi olaraq ət kəsimi qaydalarından, gigiyena tələblərindən və ictimai sağlamlığın qorunmasından danışsa da, görünən odur ki, Qobu qəsəbəsindəki bu obyekt nəzarətdən kənarda qalıb. Halbuki mövcud vəziyyət açıq-aşkar istehlakçıların sağlamlığı üçün ciddi təhlükə yaradır.

Maraqlıdır, insanların, medianın gördüyü bu vəziyyəti niyə AQTA görmür?

“Yurd bazar”nda heyvanların kəsimi üçün zəruri sanitar şərait mövcud deyil, ərazi çirkab suları və tullantılarla çirkləndirilir, dezinfeksiya tədbirləri aparılmır. Ət məhsullarının emalı və saxlanması zamanı elementar gigiyena qaydalarına əməl olunmaması isə yoluxucu xəstəliklərin yayılması riskini artırır.

Sakinlər bildirirlər ki, bu mənzərə təkcə bir günün problemi deyil, vəziyyət uzun müddətdir dəyişməz olaraq qalır və hər gün eyni antisanitar şəraitdə kəsim aparılır.

Maraqlıdır, AQTA bu cür obyektlərə nəzarəti necə həyata keçirir və “Yurd bazar” kimi açıq şəkildə qaydaları pozan məkanlar niyə indiyədək diqqətdən kənarda qalıb?












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]