Məcnun Məmmədov çıxardı, Qoşqar Təhməzli vəzifə verdi

6-01-2026, 10:28           
Məcnun Məmmədov çıxardı, Qoşqar Təhməzli vəzifə verdi
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsi işdən çıxarılıb, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) işə düzəlib.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Elmar Allahverdiyev vəzifəsindən azad olunub.

TEREF "İqtisadiyyat.az"a istinadən xəbərverir ki, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb.

İnstitutun İdarə Heyətinin sədri vəzifəsinin icrası isə müvəqqəti olaraq sədr müavini Hikmət Nəsibova tapşırılıb.

E.Allahverdiyev isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) işə başlayıb. Belə ki, o, agentlik sədri Qoşqar Təhməzlinin müvafiq əmri ilə AQTA-nın Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Şöbəyə müvəqqəti rəhbərlik edən Cavidan Quliyev isə fəaliyyətini müdir müavini vəzifəsində davam etdirir.

Qeyd edək ki, E.Allahverdiyev 2011-2012-ci illərdə İnstitutun emal, saxlama və keyfiyyət laboratoriyasında böyük laborant, 2012-2013-cü illərdə təsərrüfat işləri üzrə qrup rəhbəri vəzifəsində işləyib. 2013-2016-cı illərdə institutda direktor müavini vəzifəsində çalışıb. 2018-ci ildən isə İnstituta rəhbərlik edirdi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]