Son məlumat: AAYDA – da yoxlama aparılır

11-03-2026, 00:02           
Son məlumat: AAYDA – da yoxlama aparılır
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətində rəqabət qanunvericiliyinin pozulması halları ilə əlaqədar araşdırma aparır.

TEREF Oxu.Az-a istinadən xəbər verir ki, araşdırma rəqabət orqanının öz təşəbbüsü ilə başladılıb.

Qeyd olunub ki, Rəqabət Məcəlləsinin 39.7-ci maddəsinin tələblərinə əsasən sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarının müəyyən edilmiş qaydada və vaxtda rəqabət orqanına təqdim edilməməsi ilə bağlı rəqabət qanunvericiliyinin pozulması hallarına görə araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru