3 milyon manat “AZ.Arxitektura”nın oldu - Bu qiymətə layihə sənədləri hazırlanacaq?

11-03-2026, 00:08           
3 milyon manat “AZ.Arxitektura”nın oldu -
Bakıda abadlıq işlərinin layihələndirilməsinə 3 milyon manat ayrıldı.

Bizimesr.com xəbər verir ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC paytaxt ərazisində həyata keçiriləcək genişmiqyaslı abadlıq işləri ilə bağlı tenderin qalibini elan edib.

Bakı şəhərindəki səkilər, həyətlər, park və bağlarda aparılacaq yenidənqurma işlərinin layihə-smeta sənədlərinin hazırlanmasını “AZ.Arxitektura” MMC həyata keçirəcək.

Tərəflər arasında bağlanmış müqavilənin ümumi məbləği 3 016 099 manat təşkil edir.

Bizimesr.com bildirir ki, 3 milyon manata yaxın vəsaitin yalnız layihə sənədlərinə ayrılması ictimaiyyət üçün böyük rəqəm kimi görünür. Layihənin konkret olaraq neçə parkı, neçə həyəti və neçə kilometr səki sahəsini əhatə etdiyi barədə məlumatlar açıq şəkildə təqdim olunmalıdır ki, olunmur.

Qeyd edək ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin bütün layihələrini “AZ.Arxitektura” MMC həyata keçirir. “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin rəhbəri isə Abit Əliyevdir. Onun Bakı meri Eldar Əzizovla yaxın olduğu qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru