Mehdiabad qəsəbəsində qalaq-qalaq məişət tulantıları - ŞİKAYƏT/ VİDEO

11-03-2026, 11:47           
Mehdiabad qəsəbəsində qalaq-qalaq məişət tulantıları - ŞİKAYƏT/ VİDEO
Bu qəsəbədə əksər küçələr bir-birinə bənzəyir... Küçələrdə qalaq-qalaq məişət tullantılarına rast gəlmək olur... Kimisi aylarla zibilin daşınmadığından, kimisi də qəsəbə küçələrinin təmizlənmədiyindən şikayətlənir...

Xezerxeber.az xəbər verir ki, görüntülər Abşeron rayonu Mehdiabad qəsəbəsindəndir.

Sakinlər iddia edir ki, qəsəbənin mərkəzi küçə və meydançalarından başqa heç bir küçədə konteyner yoxdur. Sakinlər çarəsiz qalıb zibili yaşadıqları məhəllə və küçələrdəki boş ərazilərə, bəzən isə elə küçənin ortasına atırlar.

Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Emin Abbasov qəsəbəyə ayrılmış konteyner sayının azlığı faktını təsdiqləsə də sakinlərin məişət tullantılarının aylarla təmizlənməməsi iddiası ilə razılaşmadığını bildirdi.

İcra nümayəndəsi sakinlərin tullantıların təmizlənməsi üçün aylıq nəzərdə tutulan 5 manatı ödəmədiyindən şikayətləndi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru