“Kripto əkizləri” müharibə qorxusu ilə 100 milyon dollardan çox "Bitcoin" satdı

12-03-2026, 12:24           
“Kripto əkizləri” müharibə qorxusu ilə 100 milyon dollardan çox "Bitcoin" satdı
“Gemini” kriptovalyuta birjasının qurucuları olan Vinklevoss əkizləri (Winklevoss twins) son günlər böyük həcmdə "Bitcoin" transferi ilə diqqət çəkib.

Valyuta.az xəbər verir ki, Vinklevoss qardaşları ötən həftədən etibarən öz birjalarına 1750 ədəd bitcoin (təxminən 130 milyon dollar) köçürüblər.

Zəncirüstü analiz platforması “Arkham” tərəfindən açıqlanan məlumata görə, bu transferlərin satış məqsədilə həyata keçirildiyi ehtimal olunur.

Platformanın izlədiyi kripto hesab məlumatlarına əsasən, Vinklevoss qardaşlarının portfelində hazırda təxminən 620 milyon dollar dəyərində Bitcoin və 150 milyon dollar dəyərində "Ether" mövcuddur.

Kripto dünyasında "Bitcoin"in ən böyük tərəfdarlarından sayılan Vinklevoss qardaşları daha əvvəl dəfələrlə bildiriblər ki, gələcəkdə "Bitcoin"in bazar dəyəri qızılı geridə qoya bilər. Onlar həmçinin "Bitcoin" qiymətinin 500 min - 1 milyon dollar səviyyəsinə çatmasının mümkün olduğunu qeyd ediblər.

Qeyd edək ki, Vinklevoss qardaşları 2012-ci ildə, xüsusilə “Facebook” ilə bağlı məhkəmə razılaşmasından əldə etdikləri təzminatdan sonra "Bitcoin"ə böyük investisiya qoymağa başlayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru