Türkiyəyə 232 manata satdığımız məhsulu Rusiyaya 2544 manata satmışıq

13-03-2026, 16:24           
Türkiyəyə 232 manata satdığımız məhsulu Rusiyaya 2544 manata satmışıq
Azərbaycan ötən il xarici ölkələrə 43 ədəd məişət qabyuyan maşını ixrac edib.

Valyuta.az xəbər verir ki, ixrac olunan qabyuyan maşınların ümumi dəyəri 12,58 min ABŞ dolları təşkil edib. Beləliklə, ixrac edilən məhsulların 1 ədədinin orta qiyməti 292 dollar və ya təxminən 497 manat olub.

Ölkələr üzrə göstəricilərə gəldikdə isə, Qırğızıstana 1 ədəd qabyuyan maşın göndərilib. Onun dəyəri 0,15 min ABŞ dolları 150 dollar və ya 255 manat təşkil edib.

Rusiyaya isə 3 ədəd qabyuyan maşın ixrac olunub. Bu məhsulların ümumi dəyəri 4,49 min ABŞ dolları olub ki, bu da 1 ədəd üçün təxminən 1 496 dollar və ya 2 544 manat deməkdir.

Gürcüstana 36 ədəd qabyuyan maşın göndərilib. Bu ölkəyə ixracın dəyəri 7,53 min ABŞ dolları təşkil edib. Beləliklə, 1 ədəd qabyuyan maşının orta qiyməti 209 dollar və ya təxminən 355 manat olub.

Bundan başqa, Türkiyəyə də 3 ədəd qabyuyan maşın ixrac edilib. Onların ümumi dəyəri 0,41 min ABŞ dolları olub. Bu isə 1 ədəd üçün təxminən 136 dollar və ya 232 manat deməkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru