Azərbaycanda ali təhsil sisteminin müasir əmək bazarının tələblərinə cavab vermir
3-04-2026, 08:24

2023-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) 2 049 nəfər məzun olub. Bunun 73,5%-i, yəni 1 505 nəfəri özünə iş tapa bilib. Onlardan 52%-nin, yəni 783 nəfərinn maaşı — 400 manatdan aşağı olub.
Azərbaycanda ali təhsil sisteminin müasir əmək bazarının tələblərinə cavab vermədiyi haqqında dəfələrlə yazmışıq, danışmışıq.
Ölkənin ali təhsil sistemində tədris proqramı tədris edənlərin yarıdan çoxu kimi qocalıb, köhnəlib. Nə müasir tədris proqramları tətbiq edilir, nə tədqiqat aparılır, nə də praktik təcrübələrə yönəlik heç bir müasir müxanizm tətbiq olunmur. Nəticədə diplomlu kütlə əmək bazarında sadəcə kütləvilik yaradır. Xarici dil bilikləri, rəqəmsal bacarıqları, praktik düçüncə potensialı olmayan gənclər sadəcə 4 il bakalavr, 2 kil də magistaturada həyatlarını xərcləyirlər.
Bəs kimdir günahkar? Əlbəttə ki, DİM! Dövlət İmtahan Mərkəzi. 30 ildən çoxdur ki, az qala təkadam prinsipi ilə fəaliyyət göstərən əvvəlki TQDK, indiki DİM buraxılış və qəbul imtahanları təşkil edir. İmtahanlar elə təşkil olunur ki, orta və ali təhsil sistemi də ona uyğunlaşdırılır. DİM sadə dildə ifadə etsək hər il yeni hoqqa tapır çıxarır. Ardından da ona uyğunlaşmağa çalışan, iztirablı, ağır tədris yükü ilə yüklənmiş məktəbli və tələbələr ordusu yaranır. Yalnız əzbərləmək, bir mərhələdən başqa mərhələyə keçə bilmək üçün məktəbli və tələbələr zülm çəkir.
Sonuc isə göz qabağındadır.
Düzdür, Azərbaycanda azad iqtisadiyyat, sağlam rəqabət mühiti yoxdur. Yerli istehsal aşağı səviyyədədir. Kiçik və orta sahibkarlıq nə ölə bilir, nə də mövcud ola bilir.
Amma buna baxmayaraq bu o demək deyil ki, əmək bazarında savadlı gənclərə ehtiyac yoxdur. Manapoliyada olsa da bank sektoru rəqəmsallaşmağa məhkumdur. Deməli istedadlı gənclərə də tələb var. Bütün sahələrdə yeni əmək tələbləri istəsək də, istəməsək də formalaşır. Təhsildən başqa - tibbdən tutmuş bankçılığa, neft-qaz sənayesindən tutmuş nəqliyyat sektoruna qədər bütün sahələrdə savadlı gənclərə ehtiyac var. Lakin Azərbaycanın ali təhsil sistemi ən yaxşı halda 1995-ci ilə qədər olan dövr üçün kadrlar yetişdirə bilir.
Və yaxud da Universitetlərdə mövcud ixtisasların yarıdan çoxu heç kimə lazım olmayan ixtisaslardır.
Beləliklə, Azərbaycanın əmək bazarı ya xaricdə təhsil alan gənclərin ümidinə qalır, ya da çox ləng formalaşır. Xaricdə təhsil alan tələbə isə adətən Azərbaycana qayıtmaqda maraqlı olmur. Bununla da ölkənin ən reytinqli Universiteti olan UNEC-in tələbələri məzun olduqdan sonra geriyə dönüb baxanda xərclədikləri 4 (+2) illik ömürlərinə baxıb təəssüflənirlər...
Razi Abasbəyli,iqtisadçı ekspert

