Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA

Bu gün, 09:57           
Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Prezident Admnistrasiyasının sabiq rəhbəri, hazırda barəsində dövlətə xəyanət maddəsi ilə cinayət işi açılmış Ramiz Mehdiyevin Ramanı qəsəbəsindəki bağlı əlindən alınıb.

Tribuna.az xəbər verir ki, bu barədə özəl mənbələrdən məlumat daxil olub.

Məluumatda deyilir ki, ümumi sahəsi 32 hektar olan bağ uzun illərdir Mehdiyev, oğlu və həyat yoldaşı tərəfindən kənd təsərrüfatı məqsədi ilə icarəyə götürülüb. Həmin bağa görə, Mehdiyev və ailə üzvlərinin uzun illər büdcədən subsidiya alması da təsdiq olunmuş məlumatlardandır.

Qeyd edilir ki, sözügedən bağda bir neçə villa, Mehdiyev və həyat yoldaşı Qalina Mehdiyeva tərəfindən salınmış ekzotik gül, zeytun və badam bağları, habelə inək və keçi fermalara var.

Bildirilir ki, bələdiyyə ilə bağlanılmış 99 illik icarə müqaviləsinə bu həftənin əvvəlində xitam verilib. Yayılan xəbərlərə görə, əkin sahəsinin bir hissəsində badam bağı salınacaq və yaxınlıqdakı badam bağlarına birləşdiriləcək. Digər hissəsində isə Ramanı sakinləri üçün park salınacaq.

Xatırladaq ki, Ramanıda yerləşən bu bağ Mehdiyev vəzifədən azad olunandan sonra tərəfdarları ilə gizlin görüşmək üçün əsas yerlərdən biri kimi təqdim edilirdi. Mediada yayılan xəbərlərdə bildirilirdi ki, sabi aparat rəhbəri əksər planlarını oradakı villasına qurub və tərəfdarları ilə bölüşüb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru