7-ci mikrorayonda binaların altı suyun içindədir – ŞİKAYƏT

Bu gün, 00:04           
7-ci mikrorayonda binaların altı suyun içindədir – ŞİKAYƏT
Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən Abay Kunanbayev küçəsindəki 5 mərtəbəli binanın zirzəmisi çirkab sularının içində qalıb.

Sakinlər kanalizasiya boruları partlayıb, üfunətdən beyin çartladan çirkab suları da burada gölməcə yaradıb. Bina 3A-nın sakinlər deyirlər ki, 2018-ci ildən bəri iy-qoxudan mənzillərində dayana bilmirlər: “Səsimizin eşidilməsini istəyirik. Binanın özülü də nəmişlikdən aşınıb. Aidiyyəti qurumlardan kömək istəyirik. Müraciət etmədiyimiz yer qalmayıb. Amma tədbir görən yoxdur”.

Sakinlər aidiyyəti qurumların tezliklə tədbir görməsini istəyir.Tribuna












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru