Səkinə Sadıxova geri qayıtmaq istəyir: Kimlərə minnətçi düşüb?

Bu gün, 00:06           
Səkinə Sadıxova geri qayıtmaq istəyir: Kimlərə minnətçi düşüb?
Xəbər verildiyi kimi, TƏBİB-in yeni rəhbəri Anar Bayramov artıq bir xeyli şəxsi işdən çıxarıb. Bizimesr.az xəbər verir ki, həmin sırada 5 müşavir və bir Departament rəhbəri də var.

Qeyd edək ki, Bayramov, təkcə Mərkəzi Aparatda işçiləri ixtisara salmayıb. O, həmçinin bir neçə rayonun baş həkimini də vəzifəsindən azad edib. Onlardan biri də son zamanlar özünü mediada reklam etdirən Abşeron Mərkəzi Rayon Xəstəxanasının direktoru Səkinə Sadıxovadır. Məlumata görə, dünən TƏBİB rəhbəri onun işdən çıxarılması barədə sərəncam verib.

Tribuna.az-a verilən məlumata görə, Səkinə Sadıxova bu qərardan narazıdır. O, yenidən vəzifə almaq üçün çevrəsində olan nüfuzlu şəxslərin imkanlarından istifadə etməyə çalışır. Hətta bəzilərinin yanına minnətçi də göndərib ki, yenidən vəzifəyə qayıtması üçün köməklik etsinlər.

Məsələ ilə bağlı sözügedən şəxsin də mövqeyini dərc etməyə hazırıq. /Tribuna/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru