Qarabağ əlilinin pensiyası işlədiyinə görə öləndən sonra yenidən hesablanacaq?

Bu gün, 09:38           
Qarabağ əlilinin pensiyası işlədiyinə görə öləndən sonra yenidən hesablanacaq?
Qarabağ əlilinin pensiyası işlədiyinə görə öləndən sonra yenidən hesablanacaq?
ƏƏSMN-dən Hesablama Palatasına əndrabadi cavab

“Əmək pensiyaları haqqında” Qanuna 13.05.2022-ci ildə edilən 37.3.2-1-ci maddəyə görə, bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə -yaşa və əlilliyə görə İŞLƏMƏYƏN ƏMƏK PENSİYAÇISI KATEQORİYASINA keçdiyi vaxtdan İŞLƏMƏYƏ DAVAM ETDİYİNƏ görə yığılan PENSİYA KAPİTALINA və SIĞORTA stajına uyğun olaraq yenidən hesablanması onların MÜRACİƏTİ əsasında həyata keçirilir.

Bu sətirlərin yazarı 33 ildir müharibə ilə bağlı əlilliyə görə işləməyən pensiyaçısı kateqoriyasına keçməklə işləməyi davam etdirir. Sözügedən qanun maddəsi əsasında 2023-cü ildən yığılan pensiya kapitalına uyğun pensiyasının yenidən hesablanmasına müraciət(lər) etsə də 3 ildir nə müraciətlərə baxılır, nə qanuna, nə də Konstitusiyaya. Bu ilin “mygov”dan Hesablama Palatasına şikayət edən 1-ci dərəcəli Qarabağ qazisinə ƏƏSMN-in verdiyi cavab sosial sahədəki özbaşınalığı, qərəzli ayrı-seçkiliyi tam ortaya qoyur. Özbaşınalığa, qərəzli ayrı-seçkiliyə baxın, ƏƏSMN nazirinin müavini Rəşad Mustafayev Hesablama Palatasının auditoru, xanım Vəfa Mütəllimovaya bildirib ki, Qarabağ əlili hazırda əmək fəaliyyətini DAVAM ETDİRDİYİ ÜÇÜN onun əlilliyə görə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından (?-M.B.) mümkün deyildir. Bu mümkünsüzlüyü “Əmək pensiyaları haqqında” qanunun 37.3.2-ci maddəsini köçürməklə “əsaslandıran” ƏƏSMN-in gerçəkdə qərəzi üzə çıxır. Axı pensiyanın yenidən hesablanması yalnız işləməyi davam etdirdikdə mümkündür. ƏƏSMN isə yenidən hesablamadan imtinanı belə əsaslandırır ki, pensiyaçı hələ də İŞLƏMƏYİ DAVAM ETDİRİR.(?) Absurd “əndrabadilik” deyilmi?

Cavabın əndrabadiliyi cavabın sonunda da ortaya qoyulur: “... işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra işlədiyi dövr üzrə topladığı pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması məsələsinə baxıla bilər” (?)

Biz bu əndrabadi cavabdan heç nə anlamadıq, görək Hesablama Palatası ƏƏSMN-ə anlada biləcəkmi 1-ci d. Qarabağ qazisi 33 ildir işləməyən əmək pensiyaçısı kateqoriyasındadır? Anlada biləcəkmi kateqoriya anlayışı nədir, işləməyən kateqoriya anlayışı nədir və işləməyən kateqoriyaya keçmək işi dayandırmaq demək deyil? (Biz hələ onu demirik ki, qazi əlil özəl qurumlardakı işini dayandırıb, bəs bunu yenidən hesablamalı deyillər?)

Azərbaycanda sosial durumu, pensiya təminatını elə kökə salıblar ki, heç kəs ölənəcən işi dayandırmağı fikirləşmir. Belə çıxır, pensiyaçı, Qarabağ qazisi öləndən sonra pensiyası ölənəcən işlədiyinə görə yenidən hesablanacaq? Pensiya o dünyaya köçürüləcək? O dünyada da ayrı-seçkiliklə pensiya yenidən hesablanır, görəsən?

Hesablama Palatasının ƏƏSMN yetkililərini anladacağına ümidliyik. Ümidimizi də öldürməsələr...

Məğrur Bədəlsoy












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru