Dağıstanda daşqından zərər çəkmiş insanlar üçün 1 milyarda yaxın pul yığıldı...-İBRƏTAMİZ

Bu gün, 11:44           
Dağıstanda daşqından zərər çəkmiş insanlar üçün 1 milyarda yaxın pul yığıldı...-İBRƏTAMİZ
Ruslar Dağıstanda daşqın qurbanlarına kömək üçün təxminən bir milyard rubl ianə ediblər.

Moderator.az "İslamnews" nəşrinə istinadla xəbər verir ki, "Tovba"("Tövbə") xeyriyyə platformasının mətbuat xidmətindən "Vedomosti"-yə çatdırılan məlumata görə, regional "Nadejda" fondu vasitəsilə qayğıkeş şəxslər tərəfindən 900 milyon rubldan çox ianə edilib.

Yardım kampaniyasında 400 mindən çox insan iştirak edib. Toplanan vəsait zəruri əşyaların alınmasına və qurbanların müvəqqəti yerləşdirilməsi üçün istifadə olunacaq. Müsəlman "Zəkat" fondu dağıstanlılara kömək etmək üçün əlavə 14,5 milyon rubl toplayıb.

9 apreldə Dağıstanda 28 mart və 5 apreldə baş verən iki daşqın dalğası səbəbindən fövqəladə vəziyyət elan edilib. Təbii fəlakət 42 yaşayış məntəqəsinə ziyan vurub. 11 mindən çox evə zərər dəyib, onlardan bəziləri tamamilə dağılıb. 6200-dən çox insan yaralanıb, onlardan altısı ölüb. Daşqınlardan dəyən ziyanın məbləği 4 milyard rubl olaraq qiymətləndirilir.

Qeyd edək ki, Rusiyada Dağıstandakı daşqınlardan ziyan çəkmiş insanlara yardım məqsədilə həm rəsmi, həm qeyri-rəsmi səviyyədə müxtəlif kampaniyalar təşkil edilir. RF prezidenti V.Putin fəlakətdən dərhal sonra iclas keçirərək dövlət komissiyası yaradıb və evlərinin qanuni sənədləri olub-olmamasından asılı olmayaraq hər bir zərərçəkmiş ailəyə yardım edilməsi barədə göstəriş verib. İndiyədək 5,5 min ailəyə dövlət tərəfindən təzminat ödənilib. Bu günlərdə Dağıstan iki futbol komandası arasında xeyriyyə matçı keçirilib və zərərçəkənlər üçün 4 milyon rubldan çox pul toplanıb. Rəsmi ödənişlər və xeyriyyə kampaniyaları davam etdirilir...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru